"Rusiyaya birləşək, bizi də Ukraynada "ətçəkən maşına" salsınlar" - Sarkisyan

   "Rusiyaya birləşək, bizi də Ukraynada "ətçəkən maşına" salsınlar" -    Sarkisyan
  27 Dekabr 2022    Oxunub:1466
Dəhliz böhranı erməni cəmiyyətində İrəvana qarşı narazılıqları artırıb. Siyasətçilər əsasən düşdükləri ağır durumdan çıxış yolu tapa bilməmələrindən gileylənirlər.
Məsələn, siyasi fəal Vigen Sarkisyan "Mamul"a açıqlamasında deyib ki, problemin aradan qaldırılması üçün hər cürə anormal variantlar səslənir: “Tutaq ki, diplomatiya yolu ilə dəhlizi açmaq mümkün deyil. Bizim qırmızı xəttimizin uzunluğu nə qədərdir axı? Millət olaraq bundan sonra hansı planlarımız var? Bəzi imkan və məsələləri nəzərə alsaq Qarabağda hərbi müqavimət və ya bizim tərəfdən irəliləyiş qeyri-realdır. Başqa hansı variantlar var? Tutaq ki, Bakının təkliflərini qəbul edirik. Yaxud da Rusiya Federasiyasına ittifaq dövlət kimi birləşirik. Sonra da səfərbər oluruq, hamımızı Ukraynada "ətçəkən maşına" salırlar. Başqa nə variantlar var?".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti