
ABŞ milyarderləri arasında sərvəti ən çox azalan Tesla, SpaceX və "Twitter"in yeni CEO-su İlon Maskdır .
Forbes-in məlumatına görə, Maskın sərvəti 115 milyard dollar azalıb. O, bu il dünyanın ən varlı adamı ünvanını itirsə də, 139 milyard dollar sərvəti ilə ABŞ-ın ən varlı adamı statusunu saxlayıb.

Sərvətini itirənlər arasında Ceff Bezos da var. Amazonun qurucusu və prezidenti olan Bezosun builki zərəri 80 milyard dollardır. Onun sərvəti isə 106,8 milyard dollardır.

Facebook-un qurucusu amerikalı sahibkar Mark Zukerberqin sərvəti 42,7 milyard dollardır. O bu ili -78 milyard dollar zərərlə başa vurub.

Amerikalı biznesmen, Google veb axtarış sisteminin yaradıcılarından biri Larri Peyc 40 milyard dollar ziyana düşüb. Onun sərvəti 76,8 milyard dollardır.

Amerikalı iş adamı, Nike şirkətinin yaradıcılarından biri Fil Nayt 18,3 milyar dollar itirib. Onun sərcəti 45,2 milyarddır.

Amerikalı milyarder, Estée Lauder şirkətlərinin fəxri prezidenti Leonard Lauder 9,8 milyar dollar ziyanla ili başa vurur . Onun xalis sərvəti 22 milyar dollardır.
Şahanə Rəhimli
AzVision.az