Zaxarova Paşinyanın sülhməramlı tənqidini "yersiz" adlandırdı

  Zaxarova Paşinyanın sülhməramlı tənqidini  "yersiz"    adlandırdı
  29 Dekabr 2022    Oxunub:1457
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti haqqında danışıb.
AzVision.az xəbər verir ki, o, Laçın dəhlizi problemi ilə bağlı sualı cavablandırarkən rus hərbçilərin tənqidini yersiz adlandırıb.

"Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları bölgədəki vəziyyətin həlli üçün əlindən gələni edir. Heç bir ictimai hücum bu işlərə kömək etmir. Vəziyyət daha pis idi. Biz durumu yaxşılaşdırmaq üçün çalışırıq",- Rusiya XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu yaranmış vəziyyətlə bağlı aydın şəkildə izahat verməyə çağırmışdı.

Paşinyan həmçinin sülhməramlı kontingenti Qarabağda guya hansısa "etnik təmizləmə"yə səssiz şahid kimi baxdığı üçün qınayıb. Baş nazirin sözlərini şərh edən Zaxarova isə "görəsən, Rusiya sülhməramlıları olmasaydı, durum daha yaxşı olardımı?!" sualını verib. Onun fikrincə, ünvanladığı sualın cavabı da aydındır. Bu cür fikirlər səsləndirmək yer üzündəki həqiqətləri dərk etməmək deməkdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zaxarova   Paşinyan  





Xəbər lenti