Ukraynadan atılan S-300 raketi Belarusa düşdü - FOTO

   Ukraynadan atılan S-300 raketi Belarusa düşdü -    FOTO
  29 Dekabr 2022    Oxunub:1137
Belarusda Ukraynaya məxsus S-300 raketi partlayıb. Hadisə ilə bağlı dərhal prezident Aleksandr Lukaşenkoya məlumat verilib.
AzVision.azxəbər verir ki, bu barədə "Belta" agentliyi məlumat yayıb.

“Bu gün saat 10:00-dan 11:00-ə qədər Ukrayna ərazisindən Belarus ərazisinə Kiyevə məxsus S-300 raketi düşüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Lukaşenkonun tapşırığı ilə İstintaq Komitəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarından ibarət mütəxəssislər raketin bölgəyə düşməsinin səbəblərini müəyyənləşdirir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus   Raket  





Xəbər lenti