Tehranla Parisin gizli sövdələşməsi

// Sanksiyalar alıtnda olan İrana təyyarələr necə satılıb?!

   Tehranla Parisin    gizli sövdələşməsi
  30 Dekabr 2022    Oxunub:1488
İran Fransadan 4 ədəd “Airbus” təyyarəsi alıb. Tehranın Qərbin ağır sanksiyaları altında olduğunu nəzərə alsaq, bunun necə baş verməsi son dərəcə müəmmalıdır.
Türkiyənin “Anadolu” agentliyinin verdiyi məlumata görə, təyyarənin necə əldə edildiyi və bu işdə kimin yardım göstərməsi barədə heç nə bildirilməyib.

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski də bildirib ki, İranın dövlət aviasiya orqanları Fransa istehsalı olan dörd “Airbus A340” təyyarəsinin son günlərdə ölkəyə gəldiyini təsdiqləyiblər. O, sanksiyalara baxmayaraq, bunun necə baş verməsinin son dərəcə qəribə olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Cənubi Afrika Hava limanından Özbəkistana uçmaq üçün qalxan 4 ədəd “A340-300” təyyarəsinin sonradan Tehrana yönəldiyi barədə məlumat yayılmışdı. İstisna deyil ki, Paris həmin təyyarələri dolayı sxem vasitəsilə İrana satıb.

Samir Quliyev
AzVision.az



Teqlər: İran   Fransa  



Xəbər lenti