"Üçüncü dünya müharibəsi təhlükəsi realdır" - Polşanın keçmiş prezidenti

"Üçüncü dünya müharibəsi təhlükəsi realdır" -  Polşanın keçmiş prezidenti
  30 Dekabr 2022    Oxunub:1704
“Bəşəriyyət üçüncü dünya müharibəsinin astanasındadır”. Bu fikri Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski “Polsat” nəşrinə verdiyi müsahibədə səsləndirib.
AzVision.az Polşa nəşrinə istinadən bildirir ki, Aleksandr Kvasnevski Üçüncü dünya müharibəsindən danışmaq faktının özünün insanı dəhşətə gətirdiyini deyib.

“Lakin bu bizim üçün real təhlükədir. Dünya çox sürüşkən bir vəziyyətdədir və əhəmiyyətsiz görünən istənilən bir münaqişə qlobal müharibəyə çevrilə bilər. Dünyada radikal dəyişikliklər Ukraynadakı münaqişə ilə bağlı gündəmə gəlib. Bu hadisələr yeni, indiyədək naməlum olan dövrə gətirib çıxarıb”, - Polşanın eks-prezidneti vurğulayıb.

Bir neçə gün əvvəl fransalı siyasətçi, “Vətənpərvərlər” assosiasiyasının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Vaşinqtona səfərinin 3-cü dünya müharibəsinin “müjdəçisi” ola biləcəyini qeyd etmişdi. Onun fikrincə, şöhrət qazanmaq və Avropa ölkələrinin məhv etmək üçün bu siyasətçilərin hər ikisinə dünya miqyaslı münaqişə lazımdır.

Mina İsgəndərova

AzVision.az


Teqlər: Dünya   müharibə  





Xəbər lenti