“Türk dövlətlərinin böyük birgə gələcəyi var” – Daşkənddən baxış

   “Türk dövlətlərinin böyük birgə gələcəyi var” –    Daşkənddən baxış
  03 Yanvar 2023    Oxunub:5862
Zəngin tarixə əsaslanan türk etnoslarının iqtisadiyyatın, siyasətin və mədəniyyətin inkişafı baxımından böyük ortaq gələcəyi var.
Hər şeydən öncə, Türk dövlətlərinin böyük turizm potensialı mövcuddur. Məsələn, YUNESKO-nun Ümumdünya İrs Siyahısına Bakı, Buxara, Mərv, Səmərqənd, İstanbul, Xivə, Şəhrisəbz, Şəki şəhərlərinin tarix və mədəniyyət mərkəzləri, Qobustan və Tanbal qayaüstü rəsmləri, Qərbi Tyan-Şan, İssık-Kul, Sarı-Arki, Ustyurt mənzərələri kimi əvəzsiz eksponatlar daxildir.

YUNESKO-nun Şifahi və Qeyri-Maddi Mədəni İrsin Şah əsərləri Siyahısına Novruz bayramı, Qorqud-ata irsi, Koroğlu və Manas dastanları, Azərbaycan və türkmən xalçaçılığı, türk xalqlarının mədəniyyət şedevrləri, qaragöz teatrı, türk çörəyi, özbək plovu, türk qəhvəsi, Azərbaycan muğamı, özbək xaşxaşı, türk yurdu, Xarəzm rəqsi Ləzgi və s. daxil edilib.

Türk etnik qrupları öz dillərini, mədəniyyətlərini, tarixini, etnoqrafiyasını hər cür təbliğ etməlidirlə r. Bu sahədə böyük təcrübə mövcuddur - Frankofoniya, Portuqaldilli Ölkələr Birliyi, Latın İttifaqı, Ərəb Dövlətləri Liqası, İspanidad Birliyi kimi mötəbər beynəlxalq təşkilatların mədəni fəaliyyət təcrübəsinə əsaslanmaq olar.

Bu gün Türk Dövlətləri Təşkilatı 5 türk dövlətinin daxil olduğu perspektivli beynəlxalq birlikdir. Müşahidəçilər arasında neytral Türkmənistan və Fin-Uqor dövləti Macarıstan var ki, bu da özlüyündə çox simptomatikdir. Arayış üçün qeyd edək ki, fin-uqor xalqları ilə türklərin vahid Ural-Altay ailəsiüstü dil çərçivəsində qohum xalq olması barədə elmi fərziyyə mövcuddur.

1992-ci ildən Türkdilli Dövlətlərin daimi Zirvə Toplantısı, 2009-cu ildən Türk Şurası (2012-ci ildən hətta öz bayrağı var) keçirilir. Türk Dövlətləri Təşkilatı 2021-ci ilin noyabr ayından Türk Şurasının bazasında fəaliyyət göstərir. Türk dövlətləri bütün istiqamətlərdə - iqtisadiyyatda, siyasətdə, mədəni-humanitar sahədə əməkdaşlıq edirlər.

2022-ci ilin noyabrında TDT-nin Səmərqənd Sammiti baş tutdu. Sammitdə türk dövlətlərinin liderləri 2021-ci ildə qəbul edilmiş “Türk Dünyasına Baxış-2040” Konsepsiyasının həyata keçirilməsini müzakirə ediblər. Bu Konsepsiya türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Yol Xəritəsini özündə əks etdirən mühüm strateji sənəddir. Dövlətlər növbəti 20 il üçün prioritet sahələrdə - təhlükəsizlik, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, enerji, turizm, səhiyyə, ətraf mühitin mühafizəsi, aqrar sektor, mədəniyyət, təhsil, elm, gənclər siyasəti, idman, bütün ölkələrdə türk diasporları ilə iş sahələrində əməkdaşlığı dərinləşdirəcəklər.

TDT-nin Səmərqənd Sammiti çərçivəsində növbəti 5 il üçün “Türk Dünyasına Baxış-2040” Konsepsiyasının həyata keçirilməsinin tərkib hissəsi olan 2023-2027-ci illər üçün TDT İnkişaf Strategiyası qəbul edilib. Strategiya çərçivəsində “Türk Dəhlizi”, qarşılıqlı investisiyalar, rəqəmsallaşma, ticarət və gömrük prosedurlarının sadələşdirilməsi, mədəni-humanitar əməkdaşlıq və s. kimi layihələrin həyata keçirilməsi planlaşdırılır.

Ümumiyyətlə, TDT dinamik inkişaf edən beynəlxalq təşkilatdır. Gələcəkdə təkcə əhalisinin əksəriyyəti türk olan dövlətləri deyil, həm də əhəmiyyətli türk azlıqları olan dövlətləri də özündə birləşdirə biləcək.


Ravşan Nazarov
Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə dokotoru
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:   Türklər-və-dünya  





Xəbər lenti