24 yaşlı gəncin intihar səbəbi - TƏFƏRRÜAT

24 yaşlı gəncin intihar səbəbi - TƏFƏRRÜAT
  15 May 2014    Oxunub:2813
İsmayıllı ötən gün 24 yaşlı gəncin intihar xəbəri ilə sarsıldı. Belə ki, rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov yaşadığı evin həyətində özünü asaraq canına qıyıb.
T.Adıgözəlov intihar etməzdən öncə Facebook səhifəsində son statusunda həyatından narazı olduğu gizlətməyib:

"Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər".

AzVision.az 24 yaşlı gəncin intihar səbəbi ilə bağlı ilginc məlumat əldə edib.

Yaxınlarının bildirdiyinə görə, T.Adıgözəlov çalışdığı şirkətə küllü miqdarda borcu olub. O, borclarını ödəyə bilmədiyi üçün canına qıyıb.

Mərhumun yazdığı son statusda onun maddi sıxıntı yaşadığını açıq-aşkar görmək mümkündür.

Qeyd edək ki, intihar edən T.Adıgözəlov “Koroğlu” Şirkətində satış nümayəndəsi işləyirmiş.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti