Kreml təsdiqlədi: Putinlə Ərdoğan danışacaqlar

      Kreml təsdiqlədi:    Putinlə Ərdoğan danışacaqlar
  04 Yanvar 2023    Oxunub:786
Rusiya prezidenti Vladimir Putin yanvarın 4-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Daha əvvəl Türkiyə liderinin sözçüsü İbrahim Kalın bildirib ki, Ərdoğan çərşənbə günü Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışmağı planlaşdırır.

Türkiyə prezidenti dövlət başçıları ilə Ukrayna böhranının nizamlanması məsələlərini müzakirə etmək niyyətindədir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti