"ABŞ Azərbaycan-Ermənistan arasında birbaşa dialoqun təşviqinə davam edir" - Ned Prays

   "ABŞ Azərbaycan-Ermənistan arasında birbaşa dialoqun təşviqinə davam edir" -  Ned Prays
  04 Yanvar 2023    Oxunub:921
Biz Azərbaycan-Ermənistan problemlərinin kompleks həllinin necə olduğunu təsvir etməməliyik. Bu, münaqişə tərəflərinin görməli olduğu ağır işdir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib.

“Biz Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqliyimizi davam etdiririk”, - o deyib.

N.Prays qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi üçün Aİ, ATƏT, digər beynəlxalq təşkilatlar və həmfikir tərəfdaşlarla ikitərəfli əlaqələri davam etdirir. Bu baxımdan o, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşləri barədə müsbət fikirlər səsləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti