Açıq səhnələrə "Romeo və Cülyetta" filminin aktyorları 500 milyon tələb edirlər

   Açıq səhnələrə "Romeo və Cülyetta" filminin aktyorları 500 milyon tələb edirlər
  04 Yanvar 2023    Oxunub:1210
1968-ci ildə lentə alınan “Romeo və Cülyetta” filminin aktyorları Oliviya Hassi və Leonard Uaytinq “Paramout Pictures” şirkətini məhkəmə veriblər.
AzVision.az “Variety” jurnalına istinadən xəbər verir ki, aktyorlar sözügedən şirkəti cinsi istismarda ittiham edirlər.

Məlumata görə, filmin çəkilişi zamanı Hassinin 15, Uaytinqin isə 16 yaşı olub. Bildirilir ki, çəkiliş zamanı filmin rejissoru Franko Zeffirelli aktyorlara filmdə açıq-saçıq səhnələrin yer almayacağını bildirsə də, daha sonra onlardan bunu tələb edib.

Oliviya Hassi və Leonard Uaytinq filmdə yer alan həmin səhnələrə görə sarsıntı keçirdiklərini qeyd ediblər.

Aktyorlar şirkətdən 500 milyon dollar tələb edirlər.

Qeyd edək ki, Franko Zeffirelli 2019-cu ildə 96 yaşında Romada dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti