500-dən çox meyiti parçalayıb satdılar, 20 il həbs cəzası aldılar

      500-dən çox meyiti parçalayıb satdılar,    20 il həbs cəzası aldılar
  04 Yanvar 2023    Oxunub:719
ABŞ-ın Kolorado ştatında dəfn işlərini həyata keçirən şəxs yandırmaq üçün gətirilən yüzlərlə meyitləri yaxınlarının icazəsi olmadan hissələrə ayıraraq satıb.
Prokurorların məlumatına görə, 46 yaşlı Meqan Hess və anası 69 yaşlı Şirli Koks 2010-2018-ci illər arasında 560 cəsədi parçalayıb və bədənin onurğa, baş, çiyin, qol və ayaq hissələrini satıblar. Həmin şəxslər 20 il müddətinə məhkum edilib.

Ölən şəxslərin yaxınlarını saxta sənədlərlə aldadan və bədən üzvlərini cərrahi təhsil şirkətlərinə satan Hess və Koks iyulda keçirilən məhkəmədə ittihamları qəbul etmişdilər.

ABŞ-da transplantasiya üçün ürək və böyrəyini satmaq qanunsuzdur. Amma baş, bədən, qol və ayaq kimi üzvlər üçün hər hansı hüquqi tənzimləmə yoxdur.

Megan Hessin işlətdiyi "Sunset Mesa" dəfn evində meyitlərin icazəsi parçalanıb satıldığı 2018-ci ildə ortaya çıxmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti