İran Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir
![İran Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir İran Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyir](https://azvision.az/photos/2023/01/seyid_abbas_040123-1672828679.jpg)
Məlumata görə, İran xarici işlər naziri İran və Azərbaycanın müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
"Hüseyn Əmir Abdullahian yaxın gələcəkdə iki ölkənin birgə iqtisadi komissiyasının təşkil olunması üzrə lazımi tapşırıqlar verib.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iki ölkənin münasibətləri və növbəti proqramlar haqda İran xarici işlər nazirinə hesabat təqdim edib", - nazirliyin məlumatında bildirilir.
AzVision.az
Teqlər: