"Rusiya döyüş potensialını bundan sonra da artıracaq" - Putin

   "Rusiya döyüş potensialını bundan sonra da artıracaq" -    Putin
  04 Yanvar 2023    Oxunub:637
Rusiya Federasiyası öz döyüş potensialını bundan sonra da artıracaq.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Admiral Qorşkov" freqatının döyüş xidmətinə girməsi mərasimində çıxışı zamanı deyib.

"Biz Silahlı Qüvvələrin döyüş potensialını inkişaf etdirməyə, qarşıdakı onilliklərdə Rusiyanın təhlükəsizliyini qoruyacaq perspektivli silah və texnika modellərini istehsal etməyə davam edəcəyik", - Putin vurğulayıb.

Daha əvvəl Putin bildirib ki, “Zirkon” hipersəs raket sistemi Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Onun sözlərinə görə, zirkonun dünyada analoqu yoxdur.

Qeyd edək ki, “Admiral Qorşkov” freqatı döyüş xidməti uzun uçuş qabiliyyətinə malik “Zirkon” raketləri ilə təchiz edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti