Bayden dünyanı cins şalvardakı yamaqla müqayisə edib

   Bayden dünyanı cins şalvardakı yamaqla müqayisə edib
  05 Yanvar 2023    Oxunub:916
ABŞ prezidenti Co Bayden yeni açıqlaması ilə başda Amerika vətəndaşları olmaqla "Twitter" istifadəçilərini çaşdırıb. Bu, "Fox News"un diqqətini çəkib.
Belə ki, Bayden Kentukkiyə səfəri zamanı Amerika infrastrukturunu yüksək qiymətləndirib. O çıxışında Amerikanın perspektivləri ilə bağlı indiki kimi optimist olmadığına diqqət çəkib: “Mən uzun müddətdir ki, deyirəm – mən bunu nəzərdə tuturam. Dünyanın 140-dan çox ölkəsini gəzmişəm. Köhnə qonşumun ifadəsini başqa sözlə desəm: başqa ölkələr - dünya - “cins şalvarımızdakı yamaq” deyil.

Respublikaçı senator Coş Houlinin sözçüsü Ebiqeyl Maroun "əgər sizin beyniniz qarışıbsa" deyilənlər mntiqlidir.

"Washington Examiner"in köşə yazarı Bekett Adams isə istehza ilə "dövlət başçısının olduğu ərazidə çoxlu zəhərli qurğuşun boya varmı?" sualı verib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ikinci müddətə dövlət başçısı olmaq niyyətindəir, lakin hələlik namizədliyini irəli sürməyib. Amerika liderinin sözçüsü onun iş təcrübəsinə əsaslanaraq, prezident administrasiyasının bu məsələdə “heç bir elandan” qabağa getməyəcəyini əlav əedib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti