Blinken Ceyhun Bayramov və Mirzoyanla danışa bilər
Biz gözləyirik ki, dövlət katibi yaxın günlərdə həmkarları ilə danışmaq üçün daha bir fürsət əldə edəcək”, – Prays bildirib.
O qeyd edib ki, ABŞ Cənubi Qafqaza sülh gətirmək üçün həmfikir tərəfdaşlarla işləyir.
“Biz Qarabağ münaqişəsi ilə bağlı olan və ya ondan irəli gələn bütün bu məsələlərin həllini tapmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək üçün beynəlxalq təşkilatlarla (məsələn, ATƏT) əməkdaşlıq edirik.
Bizim yanaşmamız dəyişməyəcək. Məqsədimiz tərəflərə danışıqlar aparmağa və hərtərəfli uzunmüddətli həll yolunda irəliləyiş əldə etməyə kömək etməkdir”, - Prays deyib
Qeyd edək ki, oktyabrın 4-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ABŞ dövlət katibi ilə telefon danışığı olub. Söhbət ABŞ-ın təşəbbüsü ilə baş tutub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


