Filip Riker istefa verdi

   Filip Riker istefa verdi
  05 Yanvar 2023    Oxunub:749
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker vəzifəsini tərk edir. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı deyib.
Onun sözlərinə görə, Reekerin Qafqazda danışıqlar üzrə baş məsləhətçi kimi fəaliyyəti əlaqələri sürətləndirib və Cənubi Qafqaz kimi problemli regionda sülh prosesinin qurulmasına kömək edib.

O vurğulayıb ki, Rikerin gedişi heç bir halda ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə xələl gətirmir.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken 2022-ci il avqustun sonunda səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin etmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti