"Siz Fransa və Avropaya arxalanın"

 "Siz Fransa və Avropaya arxalanın"
  05 Yanvar 2023    Oxunub:1079
Fransa bir neçə həftə və ya ay ərzində Kiyevə AMX-10RC zirehli texnikasını göndərə bilər.
Bununla bağlı LCI telekanalının efirində Fransanın xarici işlər naziri Ketrin Kolonna danışıb. O bildirib ki, Paris Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üçün hərbi yardımı artıracaq.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenskiyə AMX-10 RC-ni Kiyevə təhvil verəcəyini vəd edib.

Jurnalistlərə açıqlama verən Makron tədarüklərin həcmi və vaxtı ilə bağlı məlumat verməsə də, iki tərəf arasında danışıqların davam etdiriləcəyini qeyd edib.

Dekabrın 31-də Fransa prezidenti bəyan edib ki, ölkə Ukraynanı qələbəyə qədər qətiyyətlə dəstəkləyəcək.

“Biz birlikdə ədalətli və davamlı dünya quracağıq. Siz Fransa və Avropaya arxalanın”, -Makron bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti