Ərdoğan Putinlə danışdı

   Ərdoğan Putinlə danışdı
  05 Yanvar 2023    Oxunub:1008
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkə lideri enerji başda olmaqla Türkiyə-Rusiya münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Suriya kimi regional məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirdiklərini və bunun üçün yol xəritəsini ən qısa zamanda tamamlamağı, onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.

Rusiya-Ukrayna müharibəsinə toxunan Ərdoğan sülh və danışıq çağırışlarının atəşkəs və ədalətli həlllə birtərəfli qaydada dəstəklənməli olduğunu söyləyib..

AzVision.az


Teqlər:





Xəbər lenti