Ermənistanda əsgərlər hərbi hissədən dizel oğurlayıb
Vurğulanır ki, artıq Baş Prokurorluq onların sonrakı xidmətinin məqsədəuyğunluğu məsələsini Müdafiə Nazirliyi qarşısında qaldırıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, S.T. nəzarətində olan hərbi hissəyə məxsus 5065 litr dizel yanacağının 480 litrini satıb.
Bu işdə ona sıravi G.A. (ona qarşı cinayət təqibi başlanmayıb) kömək edib. Əməliyyat 20 may 2022-ci ildə baş tutub. 2022-ci ilin 25 oktyabrında hər ikisinə qarşı davam edən cinayət prosesi çərçivəsində ittiham irəli sürülüb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


