Ərdoğan Zelenski ilə danışdı

 Ərdoğan Zelenski ilə danışdı
  05 Yanvar 2023    Oxunub:1223
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.
İki lider Türkiyənin Ukraynaya hümanitar yardımı, enerji dəstəyi və taxıl dəhlizini müzakirə ediblər

Görüş zamanı prezident Ərdoğan Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün yardım və vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazır olduqlarını bildirib.

Əsir mübadiləsi ilə bağlı işlərinin davam etdiyini bildirən Ərdoğan, Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəklərini də əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti