Anomal isti Avropanı enerji böhranından çıxara bilər

 Anomal isti Avropanı enerji böhranından çıxara bilər
  05 Yanvar 2023    Oxunub:1252
Avropada son illərin ən isti yanvar ayı gözlənilir ki, bu da bir neçə ay əvvəl qitədə yaranmış enerji böhranını yüngülləşdirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Peyk xidmətləri üzrə ixtisaslaşmış "Maxar Technologies" mülayim havanın bütün regionda yanvarın sonuna qədər davam edəcəyini qeyd edib. Bu, güclü atmosfer cəbhəsinin soyuq qütb havasının axınına mane olması ilə əlaqələndirilir. Nəticədə Avropada isitmə vasitələrinə tələbat son on il ərzində orta səviyyədən aşağı ola bilər.

Aytən Zəhra

AzVision.az


Teqlər:





Xəbər lenti