Kiyev Putinin atəşkəs təklifini "ikiüzlülük" adlandırıb

   Kiyev Putinin atəşkəs təklifini    "ikiüzlülük"    adlandırıb
  05 Yanvar 2023    Oxunub:944
Ukrayna prezidenti ofisinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin Milad bayramı üçün təmas xəttində atəşkəs rejiminin yaradılması təklifini tənqid edib.
AzVision.az xəbər verir ki, Podolyak "Twitter" səhifəsində bu təşəbbüsü ikiüzlülük adlandırıb.

Podolyak bildirib ki, Ukrayna başqa ərazilərə hücum etmir və “müvəqqəti atəşkəs” yalnız Rusiyanın işğal etdiyi ərazilərdən çıxacağı təqdirdə mümkündür.

"İkiüzlülüyü özünüzdə saxlayın",- Podolyak əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti