Mask "Twitter"də siyasətlə məşğul olub-olmaması barədə sorğu keçirib

   Mask "Twitter"də siyasətlə məşğul olub-olmaması barədə sorğu keçirib
  05 Yanvar 2023    Oxunub:971
“Twitter”in sahibi İlon Mask sosial şəbəkəsində siyasətlə məşğul olub-olmaması ilə bağlı sorğu keçirib.
O, istifadəçilərə iki seçim təklif edib - “siyasətdən uzaq dur” və ya "ayağınızın altını qazmağa davam edin".

Əksər "Twitter" istifadəçisi ikinci variantı seçib.

Mask bunun sadəcə bəyanat və ya siyasi fəaliyyətlərdə faktiki gediş olub-olmadığını dəqiqləşdirməyib.

Milyarder dəfələrlə "Twitter"də aktual məsələlər, o cümlədən Ukrayna münaqişəsinin həlli və ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin seçilməsi ilə bağlı sorğular dərc edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti