"Heç bir atəşkəs danışığı olmayacaq" - Danilov

   "Heç bir atəşkəs danışığı olmayacaq" -    Danilov
  05 Yanvar 2023    Oxunub:819
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Kiyev Rusiyanın təklif etdiyi Milad atəşkəsini dəstəkləməyəcək.
"Onlarla nə atəşkəs, nə də hər hansı bir tarix haqqında heç bir danışıq olmayacaq, bunun bizə heç bir aidiyyatı yoxdur", - Danilov Kanal 24-ün efirində deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, atəşkəs rejimi yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək davam edəcək.

Kreml həmçinin Ukrayna tərəfini atəşkəs elan etməyə və vətəndaşlara Milad mərasimlərində iştirak etmək imkanı verməyə çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti