Avropa ilə ABŞ arasında uçurum dərinləşir: Ağ Ev qazanır, Qərb çökür

   Avropa ilə ABŞ arasında uçurum dərinləşir:    Ağ Ev qazanır, Qərb çökür
  06 Yanvar 2023    Oxunub:1149
“Ağ Evin proteksionizmi və onun yanacaq siyasəti ABŞ və Avropa arasında fikir ayrılığına səbəb ola bilər”.
AzVision.az xəbər verir ki, bu barədə Transmilli Sülh və Gələcək Araşdırmaları Fondunun rəhbəri Yan Oberq Çinin “Global Times” qəzetinə yazdığı məqalədə belə vurğulayıb. O hesab edir ki, Avropa iki səbəbə görə ABŞ-dan ayrılmalı olacaq:

“Bayden (ABŞ Prezidenti Cozef Bayden – Red) sonrası Amerika mümkün qədər təcrid olunarsa və ya vətəndaş müharibəsinə bənzər vəziyyətə düşərsə, fikir ayrılığı baş verə bilər. İkinci mümkün səbəb ABŞ sanksiyalarının nəticəsi ola bilər. Belə ki, Rusiyaya aid hər şeyin ləğvi, “Şimal axını 2”nin dağıdılması, ABŞ-ın maye qazı 4 dəfə baha satması bütün Avropada güclü anti-Amerika əhval-ruhiyyəsinə səbəb olacaq ”.

Ekspert həmçinin qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə sülh qurmaq imkanını uğursuzluğa düçar edib, 2015-ci ilin miqrasiya böhranının öhdəsindən gələ bilməyib və koronavirus pandemiyasından əziyyət çəkib:

“Bu səbəbdən Avropa ABŞ-dan daha çox asılı vəziyyətə düşüb və Ukrayna böhranına görə Ağ Evə “kor-koranə tabe olmaq” məcburiyyətində qalıb. Qərbin süqutu halında başqa ölkələr müdriklik nümayiş etdirərək siyasətlərini yumşaldıb ona kömək edəcəklər. Lakin bu baş verərsə, bu cür dövlətlər öz maraqlarına və siyasətlərinə xələl gətirməyəcəklər”.

Müəllif sonda Qərblə Şərq arasında yeni soyuq müharibənin baş verməməsi üçün hər şeyin edilməsinin zəruriliyinə diqqət çəkib, çünki bu, “bəşəriyyətin aktual problemlərinin həllinə mane olacaq”.

Bundan əvvəl “Politico” qəzeti yazmışdı ki, Avropa ABŞ-ın Ukrayna münaqişəsi fonunda həm silah tədarükü, həm də Avropada enerji çatışmazlığından əldə etdiyi qazanca görə qəzəblənib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Qərb   Avropa   Qaz  





Xəbər lenti