Şahzadə Harridən etiraf: 25 nəfəri öldürüb

   Şahzadə Harridən etiraf:    25 nəfəri öldürüb
  06 Yanvar 2023    Oxunub:855
Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda hərbi xidmətdə olarkən 25 nəfəri öldürdüyünü etiraf edib.
AzVision.az xəbər verir ki, bu barədə “Sky News” Sasseks hersoqunun avtobioqrafik kitabında (Ehtiyat) yer alan bir parçaya istinadən məlumat yayıb. “Mən dəqiq deyə bilərəm ki, düşmənin neçə döyüşçüsü öldürdüm... Deməli mənim sayım 25-dir ”, - o bildirib.

Böyük Britaniya şahzadəsi on il orduda xidmət edib. Xidmət dövrünün iki ili Əfqanıstanda keçib. Qeyd edək ki, şahzadəsi Harrinin yeni kitabı yanvarın 10-da satışa çıxarılacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Şahzadə   Etriaf  





Xəbər lenti