İrlandiyada ukraynalı qaçqınlar çadırlarda yerləşdirilib

İrlandiyada ukraynalı qaçqınlar çadırlarda yerləşdirilib
  06 Yanvar 2023    Oxunub:899
İrlandiyada Ukraynadan gələn qaçqınlar çadırlarda yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə “Newstalk” nəşrinin köşə yazarı Ceyms Uilson məlumat verib. O, ukraynalıların bir hissəsinin məktəb binalarında, bir hissəsinin isə çadırlarda yerləşdirildiyini vurğulayıb: “Bu çadırların soyuğa nə qədər dözə biləcəyi ilə bağlı narahatlıq var”.

Yerli məmurlardan biri jurnalistlə söhbətində etiraf edib ki, qar yağsa, buz olsa, o zaman çadırlar pis hala düşəcək və insanlar üçün yararsız evə çevriləcək. Hazırda İrlandiyada 42 min ukraynalı yaşayır.

Qeyd edək ki, fevralın 24-dən hərbi əməliyyatın başlanmasından yanvarın 3-dək Ukraynadan Avropaya ümumilikdə 7 915 287 qaçqın gəlib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İrlandiya   Ukrayna  





Xəbər lenti