Rusiyada gənclərdən etiraz: Hərbi komissarlığı yandırmaq istədilər

   Rusiyada gənclərdən etiraz:    Hərbi komissarlığı yandırmaq istədilər
  06 Yanvar 2023    Oxunub:792
Rusiyanın Rostov-na-Donu şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları hərbi komissarlığı yandırmaq istəyən ikisi yeniyetmə olmaqla üç nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Saxlanılanların ikisi Mühəndislik Texnologiyaları Kolleci və İdarəetmə, Biznes və Hüquq İnstitutunun tələbələridir. Onların 17 yaşı var.

İstintaqın məlumatına görə, şübhəlilər “Molotov kokteyli”nin köməyi ilə hərbi komissarlığın binasını yandırmaq istəyiblər, lakin planlarını həyata keçirə bilməyiblər. Saxlanılan şəxslərin yaşadıqları yerlərdə axtarışlar aparılıb.

Qeyd edək ki, Rusiyada gənclər tərəfindən hərbi komissarlığın yandırılmasına cəhd edilməsi ilk hal deyil. Onlar Ukraynadakı müharibədə iştirak etmək istəmirlər və buna etiraz əlaməti olaraq hərbi komissarlığı yandırmaq istəyirlər.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Etiraz  



Xəbər lenti