Şahzadə Harri narkotikdən istifadə etdiyini boynuna aldı

 Şahzadə Harri narkotikdən istifadə etdiyini boynuna aldı
  06 Yanvar 2023    Oxunub:947
Uels şahzadəsi Harri 17 yaşında narkotikdən istifadə etdiyini etiraf edib. Bu barədə “Sky News” telekanalı Şahzadənin “Spare” (“Ehtiyat”) adlı avtobioqrafiyasından çıxarışa istinadən xəbər verir.
Şahzadənin sözlərinə görə, o, kokaindən istifadə edib :"Çox əyləncəli deyildi və buna görə özümü xoşbəxt hiss etmədim".

Şahzadə Harri daha əvvəl atası və qardaşı Şahzadə Uilyamla münasibətlərdə ailə istiliyinin olmadığını bildirmişdi.

Eyni zamanda, Şahzadə Harri atası Böyük Britaniya kralı III Çarlzın 2023-cü il mayın 6-na təyin edilmiş tac mərasiminə getməkdən imtina edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti