“Moskva qüvvələrlərini işğal olunmuş torpaqlardan çıxarana qədər atəşkəs olmayacaq. Onlar indi Donbassda bizim oğlanların irəliləyişini dayandırmaq, texnika, sursat və səfərbər edilmiş qoşunları mövqelərimizə yaxınlaşdırmaq üçün qısa müddətə də olsa, Milad bayramından pərdə kimi istifadə etmək istəyirlər”.
![](https://azvision.az/photos/2023/01/14558923-7891-362e-82e9-002a6d84a145_850-1672992427.jpg)
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə bildirib ki, Rusiyanın hücumları 36 saatlıq dayandırması qərarı sülh perspektivlərini inkişaf etdirməyəcək. Belə ki, rəsmi Moskva öz ordusunu Ukrayna torpaqlarından çıxarmalıdır.
![](https://azvision.az/photos/2023/01/d6a1d698-ab14-320a-8568-deea142b5c87_850-3345984854.jpg)
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də Putinin atəşkəs təklifinə münasibət bildirib. O, tviterdə yazıb ki, birtərəfli atəşkəs elanı qeyri-qanuni ilhaqlar və referendumlar qədər yalan və ikiüzlüdür.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada tərəflər arasında bütün hərbi təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
![](https://azvision.az/photos/2022/11/putin-12-1669221273.jpg)
“Patriarx Kirillin müraciətini nəzərə alaraq, Rusiyanın Müdafiə nazirinə 6 yanvar 2023-cü il saat 12:00-dan 7 yanvar 2023-cü il saat 24:00-dək qoşunların təmas xətti boyunca atəşkəs rejimini tətbiq etməyi tapşırıram. Pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın hərbi əməliyyatlar aparılan ərazilərdə yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də Məsihin Doğum günü mərasimlərində iştirak etmək imkanı verməyə çağırırıq”.
İlkin Nəcəfzadə
AzVision.az