Narkobaronun oğlu tutuldu: Şəhərdə iğtişaşlar başladı

   Narkobaronun oğlu tutuldu:    Şəhərdə iğtişaşlar başladı
  06 Yanvar 2023    Oxunub:1355
Meksika hüquq mühafizə orqanları tərəfindən həbs edilən “Sinaloa” narkokartelinin keçmiş lideri Xoakin Guzmanın oğlu Ovidio Guzman Lopes dərhal Mexikodakı “Altiplano” ciddi rejimli həbsxanasına aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Formula” radiostansiyası məlumat yayıb. Ovidio Guzman ABŞ-a ekstradisiya oluna bilər. Orada o, kokain, metamfetamin və marixuananı qanunsuz yaymaqda ittiham olunur. Meksikanın xarici işlər naziri Marselo Ebrard narkobaronun oğlunun Amerikaya sürətləndirilmiş qaydada ekstradisiya ehtimalını istisna edib.



Narkobaronun oğlunun həbsi Kulyakan şəhərində vəziyyəti kəskinləşdirib. Küçədə atışma olub, bəzi yerlərdə yanan avtomobillərlə yollar bağlanıb. Rəsmi məlumatlara görə, toqquşmalarda əksəriyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri olmaqla azı 27 nəfər xəsarət alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti