Uqandada ağır qəzada 16 nəfər ölüb

Uqandada ağır qəzada 16 nəfər ölüb
  06 Yanvar 2023    Oxunub:697
Uqandada avtobusun avtomobil treylerinə çırpılması nəticəsində azı 16 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Daily Monitor nəşri məlumat yayıb. Qeyd olunub ki, qəza Kampala və Qulu şəhərləri arasındakı magistral yolda baş verib.

Polisin verdiyi məlumata görə, 12 nəfər hadisə yerində, daha 4 nəfər isə xəstəxanada dünyasını dəyişib. Qəzada xəsarət alanların bəzilərinin vəziyyəti isə ağırdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti