Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb
![Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb](https://azvision.az/photos/2023/01/airport_cargo_090621_3-1673013051.jpg)
Qeyd olunur ki, iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində Ermənistan və Türkiyə arasında birbaşa hava yüklərinin daşınması üçün maneələr aradan qaldırılıb və bu, 2023-cü il yanvarın 1-dən mümkün olub.
Mənbələr Türkiyənin Ticarət Nazirliyinin qərarla bağlı Türkiyə İxracatçılar Birliyinə məlumat verdiyini bildiriblər.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: