Bayden bu dəfə də Ukraynaya vədini unutdu

   Bayden bu dəfə də Ukraynaya vədini unutdu
  06 Yanvar 2023    Oxunub:1020
ABŞ prezidenti Co Bayden kabinet üzvləri ilə görüşü zamanı Ukraynaya dəstək olaraq hansı ABŞ silahlarını göndərəcəyini vəd etdiyini xatırlaya bilməyib.
"Almaniya həmçinin elan etdi ki, bu gün ukraynalıları hava hücumlarına qarşı mübarizə üçün... Patriot sistemləri ilə təmin etməyi planlaşdırır", - Bayden uzun fasilələrə fikirləşərək deyib.

ABŞ prezidenti həmçinin bildirib ki, Ukrayna münaqişəsi kritik mərhələdədir və əlavə edib ki, Ukraynada “Patriot” sistemlərinin effektivliyi artıq göz qabağındadır.

Qeyd edək ki, bu, ABŞ liderinin ilk unutqanlığı deyil. Əvvəllər Co Bayden prezident olduğunu unudub və özünü açıq şəkildə senator adlandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti