"Taliban" şahzadə Harrini mühakimə üçün çağırış etdi
“Onlar (ölülər) öz ölkələrinin azadlığı uğrunda döyüşənlər, siz isə işğalçılar idiniz.Onlar xalq qəhrəmanı idilər, siz isə onların düşməni idiniz”, -Şahin Britaniyanın Sky News telekanalına müsahibəsində deyib. Onun fikrincə, şahzadə Harri “insanlığa qarşı cinayətlərə baxan məhkəmə”nin suallarına cavab verməlidir.
Qeyd edək ki, bundan əvvəl Britaniya mətbuatında Şahzadənin yanvarın 10-da satışa çıxarılacaq "Spare" adlı avtobioqrafiyasından çıxarışlar dərc olunub. Şahzadə Harri bu kitabda xüsusilə Apache helikopterini idarə etdiyi Əfqanıstanda 25 Taliban döyüşçüsü öldürdüyünü bildirib.
"Mənim üçün bu rəqəm 25-dir. Bu rəqəm məni qürurlandırmır, amma narahat da etmir", - o yazıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


