ABŞ-dan Ukraynaya 3 milyardlıq hərbi yardım paketi
![ABŞ-dan Ukraynaya 3 milyardlıq hərbi yardım paketi ABŞ-dan Ukraynaya 3 milyardlıq hərbi yardım paketi](https://azvision.az/photos/2023/01/63b863ddae5ac94ebd27bb95-1673030734.jpg)
O qeyd edib ki, 2,8 milyard dollar vəsait birbaşa Pentaqonun ehtiyatlarından təmin ediləcək. Yardım paketinə, xüsusən də, Bradley piyada döyüş maşınları və özüyeriyən haubitsalar daxildir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, ABŞ piyada döyüş maşınlarını mümkün qədər tez Ukraynaya çatdırmağa çalışacaq.
“Bugünkü yardım paketinə, digər məsələlərlə yanaşı, regional tərəfdaşlar və NATO-nun şərq cinahında yerləşən NATO tərəfdaşları üçün onların bağışladıqları hərbi texnikanı tamamlamaq üçün 682 milyon vəsait daxildir”, - deyə xanım Jan-Pyer əlavə edib.
Ağ Ev qeyd edib ki, ABŞ yaxın aylarda Ukraynada atəşkəs üçün heç bir perspektiv görmür. Co Bayden administrasiyası Kiyevə hərbi yardımın davam etdirilməsini vacib hesab edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: