Günahları nə idi? Kinoya baxmışdılar - Qəribə cəza
![Günahları nə idi? Kinoya baxmışdılar - Qəribə cəza Günahları nə idi? Kinoya baxmışdılar - Qəribə cəza](https://azvision.az/photos/2023/01/0f918454-9296-4f1d-bc08-291704c54608_850-1673031697.jpg)
Şimali Koreya vətəndaşlarının Cənubi Koreya seriallarına və musiqisinə marağının günü-gündən artdığı bütün ölkədə məlum faktdır. Squid Game və Crash Landing on You kimi məşhur Cənubi Koreya serialları USB disklərdə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir və gizli şəkildə həvəskarlara paylanılır.
Unification Media Group-un sorğusuna əsasən, respondentlərin 96 faizi Squid Game və Crash Landing on You kimi məşhur Cənubi Koreya dramlarına baxıb.
Dailymail qəzetində yer alan xəbərə görə, Şimali Koreyalılar təkcə seriallardan təsirlənmir. Şimali Koreya gəncləri arasında Cənubi Koreyalı kimi danışmaq son vaxtlar populyarlaşıb. Lakin hakimiyyət bu cür çıxışları cinayət hesab edir.
Şimali Koreya 2020-ci ilin dekabrında Cənubi Koreya üslubunda yazan və ya oxuyan insanları cəzalandıran qanun qəbul edib.
Qanuna görə, insanlar 15 ilə qədər azadlıqdan məhrum edilə bilər. Xarici media məzmununu ölkəyə gətirən və yayanları ölüm cəzası gözləyir.
Cənubi Koreyada nəşr edilən “Çosun İlbo” qəzetinin xəbərinə görə, Şimali Koreyada 3 orta məktəb şagirdi oktyabrın əvvəlində qonşu Cənubi Koreya ölkəsinin seriallarına baxdıqları üçün edam edilib.
Məlumata görə, Şimali Koreya ilə Çin sərhədinə yaxın olan Hyesan şəhərində 3 orta məktəb şagirdi Cənubi Koreya və Amerika televiziya proqramlarına baxarkən yaxalanıb.
Həbs edilən gənclərə ölüm cəzası verilib. Edamın icrası dünya mətbuatında böyük reaksiya ilə qarşılanıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: