Finlandiya Ukraynaya "Leopard 2" tankları verə bilər

 Finlandiya Ukraynaya "Leopard 2" tankları verə bilər
  07 Yanvar 2023    Oxunub:701
Avropada geniş səviyyədə belə bir qərar verilərsə, Finlandiya da "Leopard 2" döyüş tanklarını Ukraynaya təhvil verməlidir.
AzVision.az xəbər verir ki, bunu Finlandiya Müdafiə Komitəsinin rəhbəri Antti Hakkyanen deyib. Onun sözlərinə görə, hər bir Avropa ölkəsi Ukraynaya silah yardımında müəyyən qədər iştirak etməlidir.

"Rusiya ilə həmsərhəd ölkə kimi öz müdafiə qabiliyyətimiz bizim üçün həmişə prioritetdir. Lakin Avropa Ukraynaya tanklar verməyə başlasa, Finlandiya da buna qoşulmalıdır".

AzVision.az


Teqlər:





Xəbər lenti