Hindistanda bir şəhər çökür, əhali təxliyə ediləcək

   Hindistanda bir şəhər çökür,    əhali təxliyə ediləcək
  07 Yanvar 2023    Oxunub:1304
Binaların dağılmasına səbəb olan güclü çökmənin başlaması ilə əlaqədar ölkənin şimalındakı Uttarxand ştatının Coşimath şəhərindən 600-ə yaxın ailə tezliklə təxliyə ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Uttarxandın baş naziri Puşkar Sinq Dhami şəhərdəki vəziyyətlə bağlı fövqəladə iclasdan sonra məlumat verib. Onun sözlərinə görə, insanların həyatını xilas etmək əsas prioritetdir: "Səlahiyyətlilərdən təhlükə altında olan evlərdə yaşayan 600-ə yaxın ailəni Coşimathdan təhlükəsiz yerə köçürmələri xahiş olunub".

Hazırda yüzlərlə sakin üçün müvəqqəti yaşayış düşərgələri təşkil edilir. Mərkəzi hökumət geoloqların və digər mütəxəssislərin iştirakı ilə Coşimathda torpaqların çökməsinin səbəblərini öyrənmək üçün komissiya yaradacaq.

Təxminən 17.000 sakini olan bu kiçik dağ şəhərciyindəki yerli tikililərdə, yollarda və ona bitişik əkin sahələrində nəhəng çatlar əmələ gəlib, onlarla ev uçub. Ötən cümə axşamı şəhərin məbədlərindən birinin uçması sakinləri daha da təşvişə salıb.

AzVision.az


Teqlər:





Xəbər lenti