Molla rejimi qadın jurnalisti cəzalandırdı

Molla rejimi qadın jurnalisti cəzalandırdı
  07 Yanvar 2023    Oxunub:761
Tehrandakı etirazların ilk günlərində həbs olunan və dekabrın 20-də zaminə buraxılan fotojurnalist Yəlda Moiri cəzalandırılıb.
O, 6 il şərti həbs, 2 il telefondan istifadə etməmək, 2 il Tehranda yaşamaq qadağası və 2 ay bağçalarda təmizlik işi aparmaq kimi cəzalara məhkum edilib.

Qeyd edək ki, Yəlda Moiri etirazlar zamanı polis və “təhlükəsizlik qüvvələrinin” küçələrdə törətdiyi vəhşilikləri, qadınlara qarşı zorakılıqları üzə çıxaran jurnalistlərdən olub.

AzVision.az


Teqlər:





Xəbər lenti