Sülhməramlıların 10 avtomobili dəhlizdən maneəsiz keçib

Sülhməramlıların    10 avtomobili    dəhlizdən maneəsiz keçib
  07 Yanvar 2023    Oxunub:794
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Xatırladaq ki, bu gün Rusiya sülhməramlılarına məxsus "KamAZ" markalı yük maşını da Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobil karvanı ilə birgə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 10-a çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti