Fransada PKK tərəfdarları Türkiyə səfirliyinə “Molotov kokteyli” atıblar

Fransada PKK tərəfdarları Türkiyə səfirliyinə “Molotov kokteyli” atıblar
  07 Yanvar 2023    Oxunub:798
Naməlum şəxslər Fransanın Marsel şəhərindəki Türkiyənin səfirliyinə hücum edib və “Molotov kokteyli” atıblar. Hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şəhərin 8-ci məhəlləsində dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub: biri hadisə yerində, ikincisi isə Kastellan meydanında.

Daha iki nəfər polisdən qaça bilib, hazırda onları axtarışdadır.

Saxlanılanların PKK terror təşkilatının tərəfdarları olduğu məlum olub. Onlar nəzarətə götürülüb, cinayət işi açılıb.

AzVision.az



Teqlər: PKK   Fransa  





Xəbər lenti