Pakistan 520-dən çox əfqanı həbsdən azad edib

Pakistan 520-dən çox əfqanı həbsdən azad edib
  07 Yanvar 2023    Oxunub:721
Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədfə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.

"Əfqanıstanın İslamabaddakı səfirliyi və ölkənin Kəraçidəki Baş Konsulluğunun səyləri nəticəsində 54-ü qadın və 97-si uşaq olmaqla 524 əfqan həbsxanadan azad edilib", - səfirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.

AzVision.az



Teqlər: Pakistan   Əfqanıstan  





Xəbər lenti