Bayden yenə prezidentliyə namizəd olacaq

   Bayden yenə prezidentliyə namizəd olacaq
  08 Yanvar 2023    Oxunub:641
ABŞ-ın hazırkı prezidenti Co Bayden növbəti prezident seçkilərində yenidən şansını sınayacaq.
AzVision.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

"The Hill" bildirib ki, Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı seçki marafonu üçün indidən hazırlıqlara başlayıb.

Qeyd edək ki, Co Bayden 2020-ci ildə ABŞ-da keçirilən son prezident seçkilərində qalib gəlib və 2021-ci ilin yanvarından səlahiyyətlərinin icrasına başlayıb. Onun prezidentlik müddəti 2024-cü ildə başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti