Almaniyanın maliyyə naziri korrupsiyada şübhəli bilinir
![Almaniyanın maliyyə naziri korrupsiyada şübhəli bilinir Almaniyanın maliyyə naziri korrupsiyada şübhəli bilinir](https://azvision.az/photos/2023/01/61241898_605-1673207847.jpg)
Söhbət nazirin Karlsruedəki özəl bank BBBank ilə mümkün əlaqələrindən gedir. 2022-ci ilin may ayında o, maliyyə qurumunun 100 illik yubileyində etdiyi çıxışın videosunu göndərib. Videoda o bir il əvvəl Berlində fərdi ev almaq üçün eyni bankdan kredit götürdüyünü qeyd etməyib. Bundan əlavə, nazir 2022-ci ilin yayında BBBank-dan daha bir kredit götürüb.
İstintaq bank üçün çəkilmiş video ilə Lindnerin artıq Maliyyə Nazirliyinin rəhbəri vəzifəsində olarkən götürdüyü ikinci krediti arasında əlaqə aşkar edərsə, onun hərəkətləri qanunsuz sayıla bilər. Ola bilsin ki, sonradan istintaq məmura rüşvət verməkdə şübhəli bilinərək bankın özünə qarşı yönəlsin.
Dekabrda Polşanın baş naziri Mateuş Moravietski Avropa Parlamentini korrupsiyaya görə qınamışdı. O, AP-də “böyük oyunbazlığın” hökm sürdüyünü vurğulamışdı və qurumu özünü qaydaya salmağa çağırmışdı.
Qeyd edək ki, dekabrın 9-da Avropa Parlamentinin Yunanıstandan olan sədr müavini Eva Kaili 2022-ci ildə DÇ-22 ilə bağlı korrupsiya faktına görə saxlanılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: