Rusiya, Suriya və Türkiyə XİN rəhbərləri yanvarın 11-də görüşə bilər
![Rusiya, Suriya və Türkiyə XİN rəhbərləri yanvarın 11-də görüşə bilər Rusiya, Suriya və Türkiyə XİN rəhbərləri yanvarın 11-də görüşə bilər](https://azvision.az/photos/2023/01/63b6ccc69b2d763b6ccc69b2d8167292435863b6ccc69b2d563b6ccc69b2d6-1673208504.jpg)
Qəzet yazır ki, əldə olunan razılığa əsasən, Moskvada keçirilən danışıqlar Rusiya, Suriya və Türkiyə prezidentlərinin iştirakı ilə sammitə yol açmalıdır.
Onun sözlərinə görə, BƏƏ belə sammitin keçirilməsi üçün yer təklif edib.
"Üçtərəfli sammit Moskvada baş tutsa, Əmirliyin yüksək rütbəli nümayəndəsi iştirak edə bilər"-, "Asharq Al-Awsat" qeyd edib.
Qəzet yazır ki, hazırda yanvarın 23-də Cenevrədə dörd dövlətin (BƏƏ, Rusiya, Suriya və Türkiyə) nümayəndələrinin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşünün təşkili üçün təmaslar aparılır. Norveçli diplomat yanvarın sonunda Dəməşqə səfər etməyi və Suriya Xarici İşlər Nazirliyinin rəhbəri Feysal Mikdad ilə görüşməyi planlaşdırır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: