Çin 3 illik qapanmadan sonra sərhədləri açır
![Çin 3 illik qapanmadan sonra sərhədləri açır Çin 3 illik qapanmadan sonra sərhədləri açır](https://azvision.az/photos/2023/01/cin-koronavirus-reu-1490847_2-1673241022.jpg)
Artıq ölkədə Yeni il səyahətlərinin illik mövsümü başlayıb: Ay təqviminə görə Yeni il yanvarın 22-də daxil olacaq. Həmin tarixə qədər Çin vətəndaşları qohumlarını və dostlarını ziyarətə gedirlər.
Koronavirus pandemiyasından əvvəl Çində Yeni il səyahətləri dünyada ən böyük illik miqrasiya hesab olunurdu.
Antikoronavirus məhdudiyyətləri aradan qaldırılsa da ölkənin 1,4 milyard əhalisi üç illik təcriddən sonra bu xəstəliyə qarşı təbii immunitet çatışmazlığı ilə üzləşib. Eyni zamanda, ölkə hakimiyyəti koronavirus statistikasının dərcini dayandırıb.
Xatırladaq ki, Çində pandemiyanın üç ili ərzində rəsmi olaraq 5 mindən bir qədər çox insan COVID-dən ölüb. Digər ölkələrin statistikası ilə müqayisədə bu məlumatlar ağlasığmaz görünür.
Bu arada, Çində xəstəxanaların və krematoriyaların dolu olması barədə xəbərlər daxil olmağa başlayıb. Qonşu ölkələr isə sərhədlərin açılması ilə pandemiyanın yeni dalğasının olacağından ehtiyat edirlər.
Aytən Zəhra
AzVision.az
Teqlər: