Ukraynanın enerji ilə sınağı: Transformator çatışmazlığı yaranıb

      Ukraynanın enerji ilə sınağı:    Transformator çatışmazlığı yaranıb
  09 Yanvar 2023    Oxunub:735
"Ukraynada 750 kV-luq sovet transformatorlarının ciddi çatışmazlığı səbəbindən çətinliklər yaranmağa başlayıb".
AzVision.az “The Financial Times”a istinadən xəbər verir ki, bu barədə "Ukrenerqo" milli enerji şirkətinin idarə heyətinin rəhbəri Volodimir Kudritski məlumat verib. Ukrayna tərəfinin tələb etdiyi hər transformatorun çəkisi 200 tona qədərdir.

Nəşrin məlumatına görə, Ukraynanın enerji sisteminin böyük hissəsi köhnə sovet sistemindən istifadə edir. Avropa Birliyi ilə müqayisədə sistemin yüksək gərginlikdə işləməsi səbəbindən əksər Qərb avadanlıqları ona uyğun gəlmir.

“İlk səkkiz ay ərzində bizdə çoxlu sayda ehtiyat transformatorlar var idi,” Kudritski indiyə qədər problem yaşamamalarını izah edib. Ukrenergo rəhbəri hazırda təcili olaraq yeni transformatorlara ehtiyacın olduğunu vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti