Türkiyə müxalifəti prezidentliyə vahid namizədini fevralda açıqlayacaq
![Türkiyə müxalifəti prezidentliyə vahid namizədini fevralda açıqlayacaq Türkiyə müxalifəti prezidentliyə vahid namizədini fevralda açıqlayacaq](https://azvision.az/photos/2023/01/2af56770-ca8a-445d-93e9-fa1accc39cc0_850-1673251660.jpg)
Türkiyənin altı əsas müxalifət partiyasının liderləri indi qarşıdan gələn seçkilərlə bağlı məsləhətləşmələr aparır. Artıq birinci görüşdən sonra onlar ölkənin “gücləndirilmiş parlament idarəetmə sisteminə” keçidi ilə bağlı memorandumun hazırlandığını bəyan ediblər.
Türkiyədə növbəti ümumi seçkilər - həm prezident, həm də parlament seçkiləri 2023-cü il iyunun 18-nə təyin edilib. Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini irəli sürmək niyyətini daha əvvəl açıqlamışdı.
Xatırladaq ki, Ərdoğan seçkilərin daha erkən tarixə - 2023-cü ilin iyunundan may ayına keçirilməsini istisna etmədiyini bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: